Image description

Avropa ölkələrində turizm 2021-ci ilin payız-qış aylarında pandemiya öncəsi səviyyəyə qayıda bilər.

İndex.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Bu proqnozu 12 may tarixində Avropa Turizm Assosiasiyasının rəhbəri Tom Cenkins açıqlayıb.

“Düşünürəm ki, nəzərdən keçirdiyimiz model 2020-ci ildir, lakin istisnalar ola bilər. Mənim fikrimcə, 2021-ci il 2020-ci ildən daha yaxşı olacaq. Bəlkə də, sentyabr ayı keçən ilə nisbətən xeyli müsbət keçəcək. Oktyabr və noyabr aylarında isə hər şey normaya düşəcək”, – deyə Tom Cenkins söyləyib.
8 may tarixində Avropa Birliyi dövlətlərinin zirvə görüşündə yayda sərhədyanı səyahətlərin tədricən sadələşdirilməsinə qərar verilib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin açıqladığı kimi, Avropa Birliyi vaksinasiyanın sertifikatlaşdırılması sisteminə iyun ayında başlayacaq.
Xatırladaq ki, mayın 3-də Avropa Komissiyası Avropa Birliyi ölkələrinə koronavirus infeksiyasına qarşı peyvənd vurdurmuş xarici turistlərin girişinə icazə verməyi tövsiyə edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz