Image description

Dünya Bankının İcra Şurası Gürcüstana 85 milyon avro yardım ayrılması barədə qərarı təsdiqləyib.

İndex.az xəbər verir ki, həmin vəsait COVID-19 pandemiyasının mənfi təsir etdiyi mikro, kiçik və orta müəssisələr üçün nəzərdə tutulub.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus deyib ki, yardım paketi Gürcüstanda yeni iş yerlərinin yaradılması və ölkə iqtsadiyyatının əsasını təşkil edən, dayanıqlı bərpasının əsas elementi olan müəssisələrin inkişafına kömək edəcək.

Bizi Telegram-da izləyin: t.me/indexaz