Image description

Bakıda “Euro Style LTD” MMC-nin nəzdində olan “Volkswagen Bakı Mərkəzi” fəaliyyətini dayandırıb.

İndex.az xəbər verir ki, buna səbəb Almaniyanın “Volkswagen” şirkətinin istehsal etdiyi avtomobilləri İran İslam Respublikasına satması olub.

Qeyd edək ki, «Volkswagen Bakı Mərkəzi»ni Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Vəliyev idarə edirdi.

Xatırladaq ki, bir müddət öncə Volkswagen Bakı Mərkəzi təmsil etdiyi şirkəti beynəlxalq məhkəməyə vermişdi.




©Unikal.org

Bizi Telegram-da izləyin: t.me/indexaz