Image description

Bu il yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun Azərbaycan banklarında 42,542 milyon manat depoziti olub.

İndex.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 78,5% çoxdur.

2020-ci ilin sonuna qurumun bank depozitlərinin aktivlərindəki xüsusi çəkisi 2,4% təşkil edib. Bu nisbət 2019-cu ilin sonuna 1,7% təşkil edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz