Image description

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

İndex.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib. Dövlət başçısına yeni uçuş-enmə zolağı ilə bağlı görülən işlər barədə məlumat verilib.

Həmçinin, İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bundan başqa, İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak edib. Prezidentin Naxçıvana səfəri çərçivəsində Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib. Vasif Talıbov dövlətimizin başçısına Mərkəzdə görülən işlər barədə məlumat verib.

Bizi Telegram-da izləyin: t.me/indexaz