Image description

Xəbər verdiyimiz kimi Mətin Balasən oğlu Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edildi. Bəs yenicə təyin edilən Mətin Eynullayev kimdir?

İndex.az xəbər verir ki, Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub.

1992-1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1998–2002-ci illər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb.

2002-2007-ci illər – Özəl sektorda çalışıb.

2007–2009-cu illər – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb.

2009 – 2013-cu illər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb.

2013 – 2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb.

11 yanvar 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
27 dekabr 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

13 may 2020-ci il – Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edib.

2020-ci il 19 avqust – Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.

22 iyun 2015-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Bizi Telegram-da izləyin: t.me/indexaz