Image description

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Cybernet” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə təxminən 9 milyon manatlıq müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, müqavilədə Monitorinq, konsultasiya və dəstək xidmətlərinin göstərilməsi, proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi və lisenziyaların satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 8 973 974 manatdır.

Qeyd edək ki,”Cybernet” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 000 manatdır və qanuni təmsilçisi İlham Namazovdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz