Image description

Gənclər və İdman naziri vəzifəsini hazırda nazir müavini İntiqam Babayev icra edir.

İndex.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

İntiqam Babayev Vaqif oğlu əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb. 1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 2000-ci il gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Gənclər və İdman naziri Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə aldığı xəstəxanada uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.




©Oxu.az

Bizi Telegram-da izləyin: t.me/indexaz