Image description

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

İndex.az xəbər verir ki, ölkədə virusa yoluxanların 54,2%-i Bakının payına düşür.

Belə ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Bakıda aşkarlanan yoluxma faktlarının 14,7%-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,4%-lə Xətai, 12,3%-lə Yasamal, 11,1%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,9%-lə Nəsimi, 7%-lə Nizami və Xəzər, 5,1%-lə Səbail, 4,5%-lə Qaradağ, 0,5%-lə isə Pirallahı qərarlaşıb.

Yoluxma göstəricisi Abşeronda 12,9%, Aranda 12%, Gəncə-Qazaxda 7,3%, Şəki-Zaqatalada 4,2%, Quba-Xaçmazda 3,1%, Lənkəranda 2,4%, Dağlıq Şirvanda 2,4%, Yuxarı Qarabağda 1,4%, Naxçıvan Muxtar Respublikasında 0,3%-dir.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,3% təşkil edir.


Bizi Telegram-da izləyin: t.me/indexaz