Image description

01 Aprel 2021-ci il tarixinə Azərbaycanın cəmi valyuta ehtiyatları 49 milyard 117.5 milyon dollar təşkill edib. Ötən ilin sonunda Azərbaycanın cəmi valyuta ehtiyatları 49 milyard 933.7 milyon dollar təşkil etmişdi.

İndex.az xəbər verir ki, 2021-ci ilin ilk rübünün sonunda cəmi valyuta ehtiyatlarının 42 milyard 761,3 milyon ABŞ dolları Dövlət Neft Fondunun aktivlərindən, 6 milyard 356.2 milyon dolları Mərkəzi Bankın valyuta ehtiyatlarından ibarət olub.