Image description

Azay Quliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri seçilib.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Məlumata görə, aprelin 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.

Bizi Telegram-da izləyin: t.me/indexaz