Image description

İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STDC” MMC nizamnamə kapitalını 13 milyon 4 min 659 manat, yaxud 4,5 % artırıb.

İndex.az xəbər verir ki, şirkət kapitalı 288 milyon 319 min 254 manatdan 301 milyon 323 min 913 manata çatdırıb.

Xatırladaq ki, STDC 2016-cı ildə yaradılıb. Şirkət ABŞ və Avropada istehsal olunmuş avadanlıqlarından istifadə etməklə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət edir.





©Marja

Bizi Telegram-da izləyin: t.me/indexaz