Image description

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən şəxs müəyyənləşib.

İndex.az xəbər verir ki, icra başçısı vəzifəsi İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəliyev Fəxrəddin Vəli oğluna həvalə olunub.

Qeyd edək ki, aprelin 26-sı DTX-nın keçirdiyi əməliyyat zamanı Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, onun sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılmışdı.




©Unikal.org

Bizi Telegram-da izləyin: t.me/indexaz