Image description

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi ölkədə fəaliyyət göstərən böyük enerji tikinti şirkətinə qarşı iddia qaldırıb.

İndex.az xəbər verir ki, barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edilən şirkət “AZENCO” Açıq Səhmdar Cəmiyyətidir.

SOCAR-ın qurumu iddiası alqı-satqı müqaviləsi üzrə mübahisələrdən irəli gəlir.

“AZENCO” ASC 6 837 298 manat nizamnamə kapitalına sahibdir. Şirkət su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində “Layihələndirmə, tikinti və satınalma” müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir.

Bundan əlavə şirkət elektrik stansiyaları, yarımstansiya və elektrik verilişi xətlərinin bərpası üzrə müvafiq xidmətlər də təklif edir.




©Banker