Image description

Zığ qarajının inşası yekunlaşdıqdan sonra burada 850 yeni iş yeri yaradılacaq.

İndex.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, işlərə daha çox həssas təbəqədən olan şəxslər cəlb olunacaq:

“Hazırda Zığ qarajının inşası aparılır. Burada 250 avtobusun saxlanılması gözlənilir. Qarajın inşası bitdikdən sonra 850 yeni iş yeri açılacaq”.



©Trend

Bizi Telegram-da izləyin: t.me/indexaz