Image description

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov Index.az-a açıqlamasında bildirib ki, quruma məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov rotasiya qaydasında nazirliyin Mərkəzi aparatında Elektron hökumətin tətbiqi şöbəsinin müdiri təyin olunub.

Fəda Abbasova isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin rəhbəri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır.