Image description

“Azərişıq” ASC dəyəri 4 milyon 283 min 703 manat 85 qəpik olan tenderə yekub vurub.

İndex.az bu barədə Vahid Satılma Portalına istinadən məlumat verib.

Məlumata görə, Səhmdar Cəmiyyət “ASAN Xidmət” mərkəzlərinin “Azərişıq” ASC-yə aid olan layihələrə tələb olunan müxtəlif mal-materialların satın alınmasına dair tender keçirib.

Belə ki, ümumi dəyəri 4 283 703,85 manat olan tenderin qalibi “Meqaplus firması” olub.

Qeyd edək ki, “Meqaplus firması” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınıb. Şirkətin hüquqi ümvanı AZ 5000, Sumqayıt şəhəri, MƏH 3, ev 6/21, m. 14-dür. Onun nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Abuzər Seyidov Bəkir oğludur.

Bizi Telegram-da izləyin: t.me/indexaz