Image description

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 11,5 milyard manat təşkil edib.

Bu barədə İndex.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1% azdır.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,2% azalaraq 11,1 milyard manata bərabər olub, onun 47,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 383,7 manat və yaxud 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 2,4 manat az vəsait xərcləyib.

Bizi Telegram-da izləyin: t.me/indexaz