Image description

Bu ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 106 mənzil alıb.

İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2020-ci ilin mart ayı ilə müqayisədə 11 mənzil və ya 11,6 % çoxdur.

Ümumilikdə isə yanvar-mart aylarında 251 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2020-ci ilin üç ayı ilə müqayisədə 33 ədəd və ya 11,6 % azdır.

Qeyd edək ki, bu ilin mart ayında Türkiyədə 4 285 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2020-ci ilin mart ayı ilə müqayisədə 1 210 ədəd və ya 39,3 % çoxdur.

Bu ilin yanvar-mart aylarında isə Türkiyədə 9 992 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin üç ayı ilə müqayisədə 1 076 ədəd və ya 9,7 % azdır.

Türkiyədə ən çox mənzil alan İran vətəndaşları olub. Bu ölkədən olanlar martda 663, yanvar-mart aylarında isə 1 599 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 644, yanvar-martda isə 1 461 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar fevralda 419 mənzil, yanvar-martda isə 938 mənzilə sahib olub.