Image description

Bu gündən Azərbaycanda koronavirus (COVID-19) əleyhinə peyvəndləmə başlanır.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, peyvəndlənmə prosesində ilk olaraq Səhiyyə naziri Oqtay Şirəliyev iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Çin istehsalı olan “Sinovac” peyvəndindən istifadə edəcək. Peyvənd vurdurmaq könüllüdür.