Image description

Bankın rəhbərliyinin maaşına təxminən 500 min manat ödənilib

2020-ci ildə "Ziraat Bank Azərbaycan" ASC-nin rəhbərliyinə əməkhaqqı qismində 498 min manat ödənilib.

Index.az bankın illik audit hesabatına istinadən xəbər verir ki, qeyd edilən məbləğ bankın rəhbərliyində təmsil olunan 13 nəfərə verilib.

2019-cu ildə həmin məbləğ 496 min manat təşkil edib.

Ödənişlər müqavilə üzrə əməkhaqqı və illik mükafatlardan ibarətdir.

Beləliklə, bankın rəhbər şəxsləri ötən il orta hesabla 38.3 min manat, ayda təxminən 3200 manat əldə edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz