Image description

Dünya 2021-ci ildə beynəlxalq iqtisadi böhrandan çıxa bilməyəcək.

Rusiya “Ali İqtisadiyyat Məktəbi”nin ekspertləri bu qənaətə gəlib.

“Son aylarda bir çox ölkəni bürüyən yeni pandemiya dalğaları fonunda qlobal iqtisadiyyatın 2021-ci ildə böhrandan tam şəkildə çıxarılması ilə bağlı ilkin proqnozların özünü doğrultmayacağı indidən aydındır”, - deyə bildirilir.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə qlobal iqtisadiyyata mənfi təsir göstərən amillər hələ də aradan qaldırılmayıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz