Image description

2020-ci ilin iyunun 16-dan bu ilin aprelin 7-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 248,38 mln. manatdan çox kompensasiya ödənilib.

Index.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondundan (ADIF) verilən məlumata görə, "AGBank" üzrə 4 727 əmanətçiyə 116,38 mln. manat, "NBCBank" üzrə isə 4 231 əmanətçiyə 131,99 mln. manat kompensasiya verilib.

Ötən ilin iyunun 1-dən bu ilin aprelin 7-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 384,63 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 831 əmanətçiyə ödənilən məbləğ 140,41 mln. manat, "Atabank" üzrə isə 9 814 əmanətçiyə 244,22 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, aprelin 7-nə 24 603 əmanətçiyə bu məbləğin 633 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 93,6%-i təmin olunub.




©Fed

Bizi Telegram-da izləyin: t.me/indexaz