Image description

Məşhur müğənni Akon Senaqalın ardınca Uqandada "Akon City" adlı futuristik şəhər quracağını açıqlayıb. 2036-cı ilədək tamamlanması gözlənilən yeni şəhərdə Akon-un yaratdığı kriptovalyuta "AKoin" istifadə ediləcək.

"Smack That" və "Right Now" kimi hit mahnıları ilə dünyada populyarlaşan Akon son illər ərzində öz kriptovalyutası "AKoin"i təqdim edib.

47 yaşlı müğənni şəhərin tikintisinə 6 milyard dollar investisiya yatıracaq. Tikinti işlərinə bu il start veriləcək.

Şəhərin tikintisi üçün təxminən 2000 kvadrat kilometr sahə ayrılıb.

Futuristik şəhərdə "Hamptons" xəstəxanası, ticarət mərkəzi, polis idarəsi, stadion və sair obyektlər olacaq.

Şəhərdə pul vahidi olaraq "AKoin" istifadə ediləcək.