Pərakəndə ticarət dövriyyəsi 3% artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2021-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5%, qeyri-ərzaq malları üzrə 3,9% artıb.

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 %-i avtomobil benzini və dizel yanacağının, 5,2%-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ildə istehlak mallarının dəyər ifadəsində 26,3%-ni ticarət müəssisələri, 52,2%-ni fərdi sahibkarlar, 21,5%-ni isə bazar və yarmarkalar satıb. 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,6 % artıb, fərdi sahibkarlar üzrə 1,5%, bazar və yarmarkalarda 2,1% azalıb.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,9 manatlıq qeyri-ərzaq malları alıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT