İqtisadiyyatımıza investisiya qoyuluşu 8% azalıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2021-ci ildə əsas kapitala 16 127,0 milyon manat məbləğində, yaxud 2020-ci il ilə müqayisədə 8,2% az vəsait yönəldilib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirlir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6% azalmışdır. İstifadə olunmuş vəsaitin 10536,7 milyon manatı və ya 65,3%-i məhsul istehsalı sahələrinə, 4560,8 milyon manatı (28,3%-i) xidmət sahələrinə, 1029,5 milyon manatı (6,4%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11794,3 milyon manatını və ya 73,1%-ni daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11015,7 milyon manatı və ya 68,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7%, büdcə vəsaitləri 25,7%, sair vəsaitlər 7,5%, bank kreditləri 6,1%, əhalinin şəxsi vəsaitləri isə 6,0% təşkil etmişdir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT