Avropada qazın qiyməti 1100 dolları ötüb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti təqribən 1 100 dollarını ötüb.

İndex.az xəbər verir ki, 14 yanvar tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) fevral fyuçerslərinin qiyməti 1 113 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 10,9% çoxdur.

Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT