Əhalinin 53%-i qaz limitini keçib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“2021-ci ildə 52,5 faiz-rəqəmlə 1 milyon 262 min 820 abonent 1200 kub tarifindən, yəni aşağı tarifli limitdən istifadə edib”.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev media və QHT nümayəndələri ilə keçirdiyi görüşdə deyib. O bildirib ki, ilin ortasında tarif dəyişikliyi olduğuna görə bu məsələ ilə bağlı başqa bir göstərici də var:

“Başqa bir rəqəmə görə, 1 milyon 142 min 413 abonent real sonuncu tariflə 1200 kubu keçməyənlərdir. Bu isə 47,5 faiz təşkil edir. Düşünürəm ki, mətbuat üçün daha düzgünü 1 142 413 nəfər, yəni abonentlərin 47 faizinin güzəştli limitdən istifadə etməsidir. İlin ortasında dəyişiklik olduğuna görə rəqəmlər qarışdı və ona görə də biz hər iki rəqəmin statistikasını aparmışıq”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT