Ötən il azərbaycanlılar Türkiyədə 1500-dən çox ev alıblar - RƏSMİ

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2021-ci ilin dekabr ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 192 mənzil alıb.

İndex.az Türkiyə Statistika Qurumuna (TÜİK) istinadən xəbər verir ki, bu, daha öncəki 2020-ci ilin dekabr ayının göstəriciləri ilə müqayisədə 37 mənzil və ya 23,9% çoxdur.

Ümumilikdə isə 2021-ci il ərzində Azərbaycan vətəndaşı Türkiyədə mənzil 1 517 alıb ki, bu da 2020-ci ilin göstəriciləri müqayisədə 236 mənzil və ya 18,6% çoxdur.


Ötən ilin dekabr ayında Türkiyədə 7 030 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da daha əvvəlki 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3 451 ədəd və ya 77,05% çoxdur.

2021-ci il ərzində isə əcnəbilərin Türkiyədən aldıqları evlərin sayı isə illik müqayisədə 17 984 ədəd və ya 43,5% artaraq 59 282-ə yüksəlib.

Bu ilin dekabr ayında Türkiyədən 1 462 ədədlə ən çox evi İran vətəndaşları (illik müqayisədə 1,9 dəfə çox) alıb. Sıralamada İranı 1 039 mənhzillə İraq (1,4 dəfə çox) və 885 mənzillə Rusiya (2,5 dəfə çox) izləyib.

2021-ci il ərzində Türkiyədən ev alan əcnəbilərin sıralamasında isə ilk 3-lükdə İran (10 056), İraq (8 661) və Rusiya (5 379) vətəndaşları yer alıb.

Qeyd edək ki, Azərbaycan bu statistikada 8-ci yerdə qərarlaşıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT