Ötən il “Azəriqaz”ın qaz itkiləri 7,4% təşkil edib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2021-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin qaz itkiləri 7,4% təşkil edib.

Index.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün birlikdə keçirilən “Açıq qapı” aksiyası zamanı QHT və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, bu, 2020-ci ilin göstəricisindən 1,5% azdır.

Qurum rəhbəri bildirib ki, həcm ifadəsində ötən ili “Azəriqaz” 44 milyon kubmetr qaz itkisi ilə başa vurub: “2022-ci ildə İstehsalat Birliyinin qaz itkilərinin hədəfi 6,5% təşkil edir".

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT