
Yağışların yağması ilə kanalizasiya probleminin olduğu bir çox məhəllələr və həyətlər su altında qalır. Həmin məhəllələrdə yaşayan əhalinin əmlaklarına, evlərinə ziyan dəyir.
Bəs bu ziyanı kim qarşılamalıdır?
İndex.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, infrastruktur bərbad halda olduğu üçün, əhalinin əmlakına ziyan dəyir:
“Aidiyyatı qurumlar düzgün işləmədiyi üçün infrastruktur bərbad vəziyyətdədir. Ona görə də, əhaliyə dəymiş ziyana görə həmin qurumlar məsuliyyət daşıyır. Əmlakına ziyan dəyən vətəndaşlar məhkəməyə müraciət edərək onlara dəyən ziyanın əvəzini tələb edə bilərlər. Bu zaman hansı dövlət qurumu məhkəməyə verilibsə, o qurum gələrək əsaslandırmalıdır ki, yağış sularının həyətlərə dolmaması üçün bütün lazimi tədbirləri görüb. Əgər bütün tədbirlər görülməyibsə vətəndaşa dəyən ziyanı həmin qurum qarşılamalıdır”.