Qızılın qiyməti rekord həddə yüksəldi

İsrail və İran arasında gərginliyin artması təhlükəsiz liman hesab edilən qızılın bahalaşmasına səbəb oldu.

İndex.ax xəbər verir ki, qızılın qiyməti 1,1% artaraq bir unsiya üçün 2 404,95 dollara çatıb.

Qızıl ilə yanaşı gümüş, palladium və platin də bahalaşıb.

Qlobal mərkəzi bankların və Çin istehlakçılarının tələbinin yüksək olması qızılın bahalaşmasında bpyük rol oynayıb.

Belə ki, ötən gün açıqlanan məlumatlara görə, İsveçrə ilə Çin arasında olan ixracat fevral ayı ilə müqayisədə mart ayında 31% artıb.