Qızıl sürətlə yüksəlməyə davam edir – YENİ REKORD

Dolların ucuzlaşması və təhlükəsiz aktivlərə tələbat fonunda qızıl yüksələrək yeni rekord qırıb.

İndex.az xəbər verir ki, qızılın qiyməti bir unsiya üçün 3 min 385 dolları ötüb.

Bununla yanaşı, dollar 2024-cü ilin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb.