Qızıl sürətlə bahalaşır – YENİ REKORD

FED sədri Cerom Pouel ticarət müharibəsinin təsiri barədə ictimaiyyətə xəbərdarlıq etdiyi üçün qızıl bahalaşaraq yeni rekord qırıb.

İndex.az xəbər verir ki, qızılın qiyməti 0,4% artaraq bir unsiya üçün 3 min 357 dollara çatıb.

Ümumilikdə qızıl bu il təqribən 28% artaraq 2024-cü ildəki 27%-lik qazancını geridə qoyub.