
Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 4 milyard 957,4 milyon manat olub ki, bu da proqnozdan 3,4 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,1 % çoxdur.
İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 50,9 % olub.
I rübdə dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 65,1 %-ni və ya 3 milyard 224,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,9 %-ni və ya 1 milyard 430,5 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,8 %-ni və ya 136,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3 %-ni və ya 154,9 milyon manatını sair daxilolmalar, 0,2 %-ni və ya 10,4 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.
Bu ilin I rübündə dövlət büdcəsinin ümumi gəlirləri 9 milyard 733,4 milyon manat, xərcləri isə 8 milyard 115 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,4 % çox və 1,6 % azdır.
Gəlirlər üzrə icra 101,8 %, xərclər üzrə isə 98 % olub.