“Qazprom” Moldovaya qaz tədarükünü dayandıracaq

Rusiyanın enerji şirkəti “Qazprom” 2025-ci il yanvarın 1-dən Moldovaya təbii qaz tədarükünü dayandıracağını açıqlayıb.

İndex.az xəbər verir ki, “Qazprom” yazılı açıqlamada bildirib ki, Moldovanın idxal etdiyi Rusiya qazına görə borcunu ödəməyib.

“Moldovaqaz”ın “Qazprom” ilə müqavilə öhdəliklərini tez-tez yerinə yetirmədiyinə görə, müqavilə şərtlərinə əsasən, 1 yanvar 2025-ci il saat 08:00-dan etibarən (GMT+3) “Qazprom” təbii qazı məhdudlaşdıracaq.