Qazaxıstanda Xəzərə təyyarə qəzasında həlak olanların xatirəsinə çələnglər buraxılıb

Aktau, Kurık və Bautino limanlarında Xəzər sularına Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə çələnglər buraxılıb.

İndex.az bu barədə Qazaxıstan KİV-inə istinadən xəbər verir.

“Bu jest dəhşətli təyyarə qəzasında həlak olanlara hörmət və hüzn əlamətidir. Bu, son illərin ən faciəli hadisələrindən biridir, onlarla insan, o cümlədən uşaqlar həlak olub. Həlak olanların yaxınlarının hisslərini başa düşürük, biz sizinləyik. Sizin kədərinizi bölüşürük və sizinlə birgə yas tuturuq”, – aksiya iştirakçıları qeyd ediblər.