2023-cü ilin oktyabrından Qəzza zolağında humanitar təşkilatların 369 işçisi həlak olub.
İndex.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Fələstin əraziləri ilə bağlı hesabatında deyilir.
Ölənlər arasında Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin 263 əməkdaşı da var.
BMT agentliyi həmçinin Qəzza zolağında xəstəxanalardakı elektrik generatorları üçün tükənmiş yanacaq ehtiyatı problemini də diqqətə çatdırıb ki, bu da xəstələrin, o cümlədən yeni doğulmuş körpələrin həyatını ciddi risk altına qoyur.