Qətər Şeyxi “Mançester Yunayted”ə rekord təklif edib

“Mançester Yunayted”in noyabr ayında başlayan satış prosesi maliyyə baxımından çətin bir dövr keçir.

İndex.az xəbər verir ki, Ser Jim Ratcliffe ilə birlikdə “qırmızı şeytanlar”ın ən ciddi alıcısı olan Qətər Şeyxi Casim bin Həməd Al Tani prosesin uzanmasından narahat olduğunu bildirib. Şeyx Jassim “Mançester Yunayted” üçün beşinci və son təklifinin 6 milyard funt sterlinq olduğunu və cümə günündən sonra danışıqlardan çəkiləcəyini açıqladı.

“The Guardian”ın məlumatına görə, Şeyx Casim hesab edir ki, təhvil-təslim prosesi nə qədər uzun çəksə, klubu yenidən strukturlaşdırmaq bir o qədər çətin olacaq. Məhz buna görə də Şeyx Casim Erik Ten Haqa yeni mövsümöncəsi cədvəli gücləndirmək imkanı verməyə tələsir.

Başqa bir mənbəyə görə, Şeyx Jassim bin Hamad Al Thani qiyməti qaldıraraq blef edib, çünki o, “Mançester Yunayted”i digər yeganə iddiaçı olan Ser Jim Ratcliffeə itirmək istəmir. Cümə gününə qədər razılaşma olmasa belə, söz mövzusu marağın davam edəcəyi gözlənilir.