Qədəhlərin forması alkoqollu içkilərin dadını necə dəyişir?

Qastrofizika (yemək haqqında elm) sahəsində artan tədqiqat və araşdırma sahəsi olan şüşə forması məsələsi həqiqətən spirtli içkilərin istehlak təcrübəsini dəyişdirir.

Bir azdan danışacağımız  şərab, viski, pivə, kokteyl, cin və araq qədəhləri spirtli içkilərin dadına necə təsir etdiyinə dair böyük ipuçları verəcəkdir.

Qəribə səslənsə də, səbəbləri öyrəndikdən sonra bunun məntiqli olduğunu başa düşəcəksiniz.

Şərab şüşələrinin unikal forması şərabın əsl ətrini qədəhin mərkəzində cəmləşdirir. Əslində böyük ağızlı bir qədəh şərabın ətirinin daha çox yayılmasına, kiçik ağızlar isə aromatik qoxuların burnumuza daha asan çatmasına şərait yaradır.

Böyük şərab şüşəsindən şərab içərkən başımızı irəli əyirik, kiçik şərab şüşəsindən şərab içəndə isə yuxarı qaldırırıq. Bu, şərabın ağzımıza çatma sürətinə və ağzımızda toxunduğu yerlərə təsir edir. Məsələn, böyük qədəhdəki şərab dilimizin üzərindən axaraq bütün damağımıza təsir etdiyi halda, kiçik qədəhdəki şərab yalnız müəyyən nahiyələrə çatır.

Yuxarıdakı fotoşəkildə gördüyünüz qədəhlər meyvə və ədviyyatların qarışmasını dəstəkləyən qalın diblərə malikdir. Bundan əlavə, əlimizlə tamamilə tutula bilməsi bədən istiliyini qədəhə ötürür və yavaş içmə təcrübəsini təmin edir.

Şüşənin geniş, düz və şaquli divarları aromaları təmin edir və içkinin üstündəki havada toplanmasına imkan verir. Bu, ilk qurtumda daha güclü etil spirti dadı təqdim edir və içkinin normaldan daha çox alkoqollu olması hissini verir.

“Martini” qədəhləri, viski qədəhlərindən fərqli olaraq, bədən istiliyinin qədəhə keçməsinin qarşısını almaq üçün uzun saplara malikdir.

Tərs çevrilmiş konus formalı geniş ağız hissəsi ətirli aromaların buradan yayılmasına imkan verir. Beləliklə, daha yumşaq bir dad təcrübəsi təmin edir.

Əsasən şampan şərabı vermək üçün nəzərdə tutulmuş kupe qədəhləri şəkərin təbii şirinliyini artıraraq spirtin çəkisini azaldır. Kokteyl stəkanları arasında ən böyük səthə sahib olmaq spirtin daha asan dağılmasını təmin edir. Üstəlik, içkinin dadı asanlıqla qarışır.

Əslində bu qədəhlərin Fransanın keçmiş kraliçası Marie Antoinettein anatomiyasına uyğun formalaşdırıldığı deyilirdi, lakin qədəh onun doğumundan təxminən bir əsr əvvəl hazırlanıb.

Adətən araq və cinlə xidmət edilən nazik stəkanlar, tərkibində turşu olmayan kokteyllərdə belə, beynimizə yüksək turşluq hissi verir.

Buna görə də bu stəkanda araq-soda qarışıqları limonla verilir.

“Köpüklü şüşələr” dediyimiz pivə stəkanları pivənin burulğan kimi fırlanmasını və daha çox aromatik maddələr buraxmasını təmin edir. Yuxarıda gördüyünüz “IPA” stəkanları stəkandakı pivəni havalandıraraq ətir və ləzzəti buraxır.

Argentina qədəhləri dediyimiz rahat, geniş ağızlı qədəhlər burnumuzun asanlıqla pivəyə yaxınlaşmasına və onun nüansını daha çox hiss etməyə imkan verir.

Bir sözlə, içdiyimiz spirtli içkilərin stəkanlarının bir-birindən bu qədər fərqli olması təsadüfi deyil. Onların hamısı düşüncə ilə yaradılıb.