PSJ-nin ulduzu “Fənərbağça”da?

“Fənərbağça” klubunun prezidenti Ali Koç PSJ-nin prezidenti Nasser Əl-Xelafi ilə görüşüb.

 

Bu barədə “Fanatik” məlumat yayıb. Ali Koç ərəb klub rəsmisi ilə yemək süfrəsində bir araya gəlib. O, PSJ-nin oyunçusu Renato Sançesin mümkün transferi ilə bağlı Əl-Xelafi ilə danışıqlar aparıb.

 

“Fənərbağça”nın ulduz futbolçunu birbaşa satın alma şərti ilə 1 illik icarəyə götürmək istədiyi klub prezidentinin diqqətinə çatdırılıb.

 

Paris klubunun 25 yaşlı yarımmüdafiəçi ilə bağlı qərarı yeni baş məşqçinin verəcəyini bildirdiyi qeyd olunur.