Pakistan Hindistan təyyarələri üçün hava məkanını bağladı

Çərşənbə axşamı Hindistan və Pakistan arasında mübahisəli Kəşmir bölgəsində silahlı yaraqlıların hücumu nəticəsində 26 turist həlak olub. Hadisədən sonra Hindistan və Pakistan arasında qarşılıqlı qarşıdurma davam edir.

İndex.az xəbər verir ki, Hindistan Kəşmirin ona aid hissəsində baş verən hücumda Pakistanda yerləşən yaraqlıları günahlandırıb və Pakistana qarşı bir sıra tədbirlər həyata keçirib. Bunlara Pakistan vətəndaşlarına viza xidmətlərinin dayandırılması daxildir.

İslamabad hökuməti də cavab tədbirləri görüb, Hindistan vətəndaşlarına verilən bütün vizaları ləğv edib, bəzi Hindistan diplomatlarını deportasiya edib və hava məkanını Hindistan təyyarələri üçün bağlayıb.

Qeyd edək ki, Kəşmir, Pakistanın müstəqillik qazanmasından, bölgənin Hindistan və Pakistan hakimiyyəti arasında bölündüyü vaxtdan bəri Hindistan və Pakistan arasında gərginlik mənbəyi olaraq qalır.