
Bu ilin aprelin Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 42,6 % təşkil edib.
İndex.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin birinci rübünə olan dövrlə müqayisədə 12,7 faiz bəndi azdır. Əvəzində ARDNF investisiya portfelində səhmlərin payını 25,7 %-dən 24,8 %-ə azalıb.
Qızılın payı 13,2 %-dən 25,8 %-ədək artıb, daşınmaz əmlakın payı isə 5,8 %-dən 6,8 %-ə qalxıb.
Hazırda ARDNF-in ehtiyatlarında 165,3 ton qızıl var ki, bu da 1 il əvvələ nisbətən 60,7 ton və ya 58,03% çoxdur.