
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 144,1 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-ci ilin birinci rübü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 20,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1 % artıb.
Bu ilin yanvar-mart aylarında ölkədə 1 302 ədəd və ya 2024-ci ilin müvafiq ayları ilə müqayisədə 695 ədəd və yaxud 2,1 çox minik avtomobili istehsal olunub. Bu il aprelin 1-nə ölkədə 134 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin birinci rübündə Azərbaycanda 124 ədəd traktor istehsal edilib. Bu, 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə 25,3 % azdır. Nəticədə, bu il aprelin 1-nə ölkədə 11 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin ilk 3 ayında Azərbaycanda 28 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 86 % azdır. Nəticədə, bu il aprelin 1-nə ölkədə 15 ədəd hazır məhsul ehtiyatı yaranıb.