“Nokia” Ayda internet şəbəkəsi quracaq

Finlandiyanın texnologiya və telekommunikasiya şirkəti “Nokia”Ayda 4G internet qurmağı planlaşdırır.

“Nokia” 4G rabitə sistemini noyabr ayında “SpaceX” kosmik firmasına məxsus “Falcon 9” raketi ilə Ay orbitinə göndərəcək.

Sistem daha sonra ABŞ-ın aerokosmik şirkəti “Intuitive Machines” tərəfindən hazırlanmış “Nova-C” kosmik gəmisi ilə Ay səthinə endiriləcək.

Rabitə sisteminin Ayın cənubundakı Shackleton kraterinə yerləşdiriləcəyi öyrənilib. “Nokia”dan verilən açıqlamada 4G sisteminin Aydakı sərt şərtlərə tab gətirmək üçün hazırlandığı bildirilib.