“Netflix”in gəliri birinci rübdə 1 milyard dollardan çox artdı – HESABAT

Qlobal internet televiziya şəbəkəsi “Netflix”in gəliri bu ilin birinci rübündə 12,5% artaraq 10,5 milyard dollara çatıb.

İndex.az xəbər verir ki, şirkətin gəliri 2024-cü ilin birinci rübündə 9,4 milyard dollar olaraq qeydə alınıb.

Şirkət gələn rübdə gəlirin 11,04 milyard dollara yüksələcəyini proqnozlaşdırır.