Netanyahu: “Qəzzada lazım gələrsə dırnaqlarımızla vuruşacağıq”

ABŞ prezidenti Co Bayden Qəzzada humanitar fəlakəti daha da ağırlaşdıracağından narahat olaraq İsraili əməliyyat keçirməməyə çağırıb və “Rəfah” əməliyyatı üçün hücum silahı təmin etməyəcəyini bəyan edib.

İndex.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ-ın bəzi silahları geri çəkmə hədəsi İsrailin Qəzzaya hücumunu davam etdirməsinə mane olmayacaq.

Netanyahu açıqlamasında deyib: “Tək qalmaq məcburiyyətində olsaq, tək olacağıq. Lazım gələrsə, dırnaqlarımızla döyüşəcəyik. Amma dırnaqlarımızdan çox şeyə sahibik”.