Nazir: Bakı Dəniz Limanının ötürücülüyü 25 milyon tona çatdırılacaq

Bakı Dəniz Limanının ötürücülüyünün 15 milyon tondan 25 milyon tona çatdırılması üzrə işlər gedir.

İndex.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, ötən il Bakı-Tbilisi-Qarsın ötürücülüyü 1 milyon tondan 5 milyona çatdırılıb.