Naxçıvanda ÜDM istehsalı 3% artıb

Bu ilin birinci rübündə Naxçıvan Muxtar Resublikasında ÜDM istehsalı 318 milyon 794 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.9% çoxdur.

İndex.az xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən “Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbirdə Muxtar Respublikanın iqtisadiyyat naziri vəzifəsinin icraçısı, nazir müavini Abbas İsmayılov deyib.

O, bildirib ki, ötən il Naxçıvan Muxtar Resublikasında ÜDM istehsalı 1 milyard 550 milyon manatdan çox olub:

“İqtisadi inkişafda, büdcə daxilolmalarında sahibkarlığın rolu olduqca böyükdür. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən il 2022-ci illə müqayisədə 36.6 milyon manat və ya 29.4% artıb. 2024-cü ilin birinci rübündə DVX-nin xətti ilə büdcəyə 45.8 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24.8% və ya 9.1 milyon manat çoxdur. Cari ilin birinci rübündə Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116.1% icra edilib”.