Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 5 345 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
İndex.az bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, onların 5 121-i fiziki şəxslər, 224-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 % artıb.
Bu ilin 9 ayında kommersiya qurumlarının 81,2 %-i elektron qaydada, 18,8 %-i isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.